Modern.az

Bakının fəxri vətəndaşı adını alan MƏŞHURLAR – Onları siz də tanıyın

Bakının fəxri vətəndaşı adını alan MƏŞHURLAR – Onları siz də tanıyın

Mədəni̇yyət

4 Oktyabr 2019, 17:03

Rəsmi məlumatlara görə, hələ sovet dönəmində xalqlar arasında göstərdiyi xidmətlərə görə bir neçə şəxsə Bakının fəxri vətəndaşı adı verilib. Məlum olur ki, indiyədək SSRİ dövlət xadimi Leonid İliç Brejnev, Rusiya Federasiyasının əməkdar artisti Nikas Safranov və Türkiyə Cümhuriyyətinin mərhum Prezidenti Süleyman Dəmirəl Bakının fəxri vətəndaşı adına layiq görülüblər.

 

Modern.az-ın məlumatına görə, Leonid İliç Brejnevə Bakının fəxri vətəndaşlıq medalı 24 sentyabr 1982-ci ildə verilib. Medal bakılılar adından SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov tərəfindən hörmətli qonağa təqdim olunub.


Əməkdar artist Nikas Safranov isə Ulyanovskla yanaşı, həm də Bakının fəxri vətəndaşıdır.

2000-ci ildə mərhum Prezident Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ "Azərbaycan Respublikasının Fəxri vətəndaşı" adının verilməsi haqqında fərman imzalayıb. Bu ad S.Dəmirələ Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafındakı və genişləndirilməsində böyük xidmətlərinə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ümummilli problemlərinin həllinə xüsusi diqqət və qayğısına, xalqımıza bəslədiyi sədaqətli dost münasibətinə görə verilib.

 

Qeyd edək ki, Azərbaycan qarşısında xüsusi xidmətlərinə görə fərqlənən əcnəbilər Azərbaycanın fəxri vətəndaşı statusuna layiq görülə bilər.

 

Mərhum Prezident Heydər Əliyev tərəfindən 2000-ci ildə təsdiq edilmiş “Fəxri vətəndaşlıq haqqında” Qanununa görə, fəxri vətəndaşlıq Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.

- Fəxri vətəndaşlıq Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Prezident yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.

- Azərbaycan Respublikasının fəxri vətəndaşı ölkə Prezidentinin xüsusi himayəsi altındadır.

- İcra Hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, onlara hər cür yardım və dəstək göstərməlidirlər.

- Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir