Modern.az

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın  qış sessiyasında iştirak edəcək

21 Fevral 2012, 15:50

22-25 fevral 2012-ci il tarixində TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın  Vyana şəhərində keçiriləcək qış sessiyasında iştirak edəcək. Nümayəndə heyətinə Qazaxıstan Parlamentinin ATƏT PA-dakı heyətinin üzvü, Qazaxıstan Parlamenti Məclisinin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbayev rəhbərlik edəcək. Səfərdə TÜRKPA Katibliyindən TÜRKPA Baş Katibinin rəhbərliyi altında bir qrup nümayəndə də iştirak edəcək.

Səfər çərçivəsində TÜRKPA Baş Katibinin Qazaxıstan Parlamenti Senatının Sədri cənab Kayrat Mami və ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Xarici İşlər naziri Eamon Gilmorenin xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi, səfir Eoin O’Leary ilə ikitərəfli görüşləri nəzərdə tutulub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir