Modern.az

Şuşa məscidi ilə bağlı daha bir həyəcanlı XƏBƏR

Şuşa məscidi ilə bağlı daha bir həyəcanlı XƏBƏR

Qarabağ

5 Oktyabr 2019, 10:24

Ermənilər rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin açılışını oktyabrın 14-də gerçəkləşdirəcək.

 

Modern.az xəbər verir ki, layihəni Ermənistanın “İDeA” fonudunun laiyhəsi hesabına  İranın “Part Saman Jahan” memarlıq şirkətinin həyata keçirir.

 

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar. Oktyabrın 14-də Şuşla məscidinin rekonstruksiyadan sonra açılış mərasiminə əcnəbi qonaqların da qatılacağı gözlənilir.

 

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır