Modern.az

Baki Dövlət Universitetində yeni kadr dəyişiklikləri – ADLAR

Baki Dövlət Universitetində yeni kadr dəyişiklikləri – ADLAR

5 Oktyabr 2019, 12:28

Bakı Dövlət Universitetində yeni kadr dəyişiklikləri olub.

 

Modern.az-ın əldə etdiyi xəbərə görə, Universitetin Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.  

 

Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.  

 

Qarşıdakı günlərdə kadr dəyişikliklərinin davam etdiriləcəyi gözlənilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir