Modern.az

TQDK ali məktəblərin reytinqini müəyyənləşdirib

TQDK ali məktəblərin reytinqini müəyyənləşdirib

Ölkə

25 Dekabr 2009, 14:15

Modern.az xəbər verir ki, dekabrın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə aid mətbuat konfransı keçirilib. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2009-2010-cu tədris ili üzrə tələbə qəbulunun nəticələri rəhbərlik etdiyi qurum tərəfindən geniş araşdırılıb və bu haqda “Abituryent” jurnalının 12-ci sayında geniş bəhs edilib. Nəticələr həmin nəşrin elektron variantında-www.abıturient.az-da da yerləşdirilib.

M.Abbaszadə təhlilin əsasən hansı istiqamətlər üzrə aparıldığı barədə məlumat verib. Təqdim edilən materiallarda bütün bölgələr və məktəblər üzrə təhsil göstəriciləri, abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyl və maraqları, yüksək və zəif göstəricili rayonları təmsil edən məzunların ali məktəblərə qəbulolma göstəriciləri şərh olunub.

Araşdırmada dövlət və özəl ali məktəblərinə, xüsusi təyinatlı tədris müəssisələrinə, həmçinin orta ixtisas məktəblərinə  tələbə qəbulunun nəticələrinin təhlilinə xüsusi bölmələr ayrılıb, burada ödənişsiz və ödənişli ixtisaslara müsabiqə vəziyyəti izah olunub, ali məktəblərin reytinqi müəyyənləşdirilib.

TQDK tərəfindən aparilan təhlillrin yekununda gəlinən nəticələr bunlardır: 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub. Onlardan yalnız 61 %-i  (66619 nəfər) ali məktəbə sənəd verib.

Bu il ali məktəblərə 29030 plan yeri ayrılıb, planı 96.48 % dolub.

Abiturientlərin ixtisas seçimi əsasında ali məktəblərin reytinq cədvəlində Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası 1-ci, Tibb Universiteti 2-ci, Azərbaycan Dllər Universiteti 3-cü, Bakı Dövlət Universiteti 4-cü yerdədir. Özəl ali məktəblər arasüında Qafqaz Universiteti ən yüksək reytinqə malikdir.

Məleykə Abbaszadə həmçinin onu da qeyd etdib ki, aparılan təhlillərə görə, bu il abituriyentlərin sayıında azalma var. Eyni zamanda onların bilik səviyyəsi də aşağı düşüb. Əlvan Rüstəmov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir