Modern.az

“Neftin 100 dollar olduğu dövr keçmişdə qaldı” - Nazir

“Neftin 100 dollar olduğu dövr keçmişdə qaldı” - Nazir

7 Oktyabr 2019, 17:33

Rusiya Energetika Nazirliyi neftin 1 barelinin 50 dollar olmasını ədalətli hesab edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak deyib.

 

Nazirin sözlərinə görə, neftin 1 barelinin 100 dollar olduğu zamanı unutmaq olar.

“Dünyada neftin orta statistik qiyməti 50 dollar olacaq. 2019-cu ilin büdcəsində neftin qiyməti 43-45 dollar intervalında götürülüb”.

 

Nazirin fikrincə, uzaq perspektivdə neftin 1 bareli 50-60 dollar arasında olacaq. Novak Venesuela və İranın neft sanksiyaları ilə üzləşməsi fonunda ABŞ-da neft hasilatının artmasını bunun əsas səbəbləri arasında görür.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır