Modern.az

Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi

Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi

22 Fevral 2012, 12:00

“Bələdiyyə torpaqlarının hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi barədə” Azərbaycan Respublikasının tələblərinə müvafiq olaraq Komitə tərəfindən 2011-ci ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2398 hərrac və müsabiqə təşkil olunub.

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. Onun sözlərinə görə, torpaq bazarında hərrac və ya müsabiqələrin komitə tərəfindən təşkil edilməsi respublikada torpaq münasibətlərinin tənzimlənməsinə və daha da təkmilləşdirilməsinə zamin yaratmaqla yanaşı, torpaqların mühafizəsi və istifadəçiliyi sahələrində dövlət nəzarətinin gücləndirilməsi işlərində ciddi dönüş yaradacaq və bu sahədə şəffaflığı təmin edəcək.                     

Korrupsiya ilə bağlı mübarizəyə dair suallara cavab verən komitə sədri Qərib Məmmədov bu halın əvvəllər bələdiyyələr tərəfindən baş verdiyini deyib. Qeyd edib ki, indi Azərbaycandakı torpaq satışı ilə bağlı korrupsiya halları sıfıra endirilib:

“Əvvəllər bələdiyyələr tərəfindən hərrac keçirilmirdi. Bu da öz növbəsində neqativ hallara gətirib çıxarırdı. 2009-cu ilin dekabr ayından bu günə qədər bələdiyyələr tərəfindən 5200-ə yaxın hərrac keçirilib. Bir dəfə də olsun qanun pozuntusuna rast gəlinməyib”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır