Modern.az

Yeni internet portal fəaliyyətə başlayıb

Yeni internet portal fəaliyyətə başlayıb

22 Fevral 2012, 13:01

Azərbaycanda daha bir internet portal fəaliyyətə başlayıb. Azerbaijan Financial News (www.afn.az) Azərbaycanın ixtisaslaşmış iqtisadiyyat və maliyyə portaldır.

Modern.az-ın məlumatına görə, afn.az portalı oxucularına dünyada, regionda və ölkədə baş verən yalnız iqtisadi və maliyyə xəbərlərini təqdim edir.

Bundan başqa, Azerbaijan Financial News portalının təqdimatında neft, qaz və energetika, kənd təsərrüfatı və qida sənayesi xəbərlərini oxumaq mümkündür. Portal Azərbaycanın vergi, gömrük xəbərləri ilə yanaşı, bank, sığorta və lizinq sektorunun işıqlandırılmasına geniş yer ayırır.

Azerbaijan Financial News ölkənin nəqliyyat və daşınma sektorunun, dünyanın aparıcı avtomobil istehsalçı şirkətlərinin xəbərləri və yük daşımaları ilə bağlı məlumatları ilə oxucu auditoriyyasını agah edir. AFN ölkənin daşınmaz və daşınar əmlak və tikinti bazarının məlumatlarını da tam əhatə edir.

Portalın təqdimatında aylıq, rüblük və illik statistik məlumatlar, hesabatlar da yer alacaq. Portal oxucularına analitik təhlillərlə yanaşı, həmçinin eksklüziv müsahibələr təqdim vəd edir. afn.az öz oxucularına aylıq, rüblük və illik renkinqlər, marketinq xəbərləri ilə tanış etmək niyyətindədir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir