Modern.az

Bakıda qanunsuz ov əleyhinə əməliyyat keçirilib

Bakıda qanunsuz ov əleyhinə əməliyyat keçirilib

22 Fevral 2012, 13:20

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə Ekologya və Təbii Sərvətlər Nazirliyi və Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.  Qanunsuz ovun qarşısının alınması ilə əlaqədar keçirilmiş tədbirlər zamanı Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Qax şəhər sakini Elman Aydınovdan 1 ədəd "İJ", Bakı şəhər sakinləri Rəfayel Cəfərovdan 1 ədəd "TOZ-34", Yəhya Hadıdan 1 ədəd "İJ-58", Samir Əhmədovdan 1 ədəd "İJ-27", Azad Madnayevndən 1 ədəd "TOZ-63" və həmin ərazidə sahibləri məlum olmayan 1 ədəd qoşa lülə, 1 ədəd tək lülə, 1 ədəd "Akar" markalı ov tüfəngləri götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir