Modern.az

Sabahın hava PROQNOZu – çiskin gözlənilir

Sabahın hava PROQNOZu – çiskin gözlənilir

22 Fevral 2012, 14:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarmadasında sabah axşam hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək. 

Fevralın 23-də Azərbaycanın bəzi şimal və şərq rayonlarında hava şəraitinin əsasən gecə və axşam az yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. 

Ümumiyyətlə, fevralın 23-24-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Günorta saatlarında cənub küləyinin güclənəcəyi gözlənilir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır