Modern.az

Rusiya azərbaycanlı miqrantlarla bağlı qərar verdi

Rusiya azərbaycanlı miqrantlarla bağlı qərar verdi

9 Oktyabr 2019, 16:36

Rusiya Nazirlər Kabineti iqtisadiyyatın ayrı-ayrı sahələrində istifadə oluna biləcək əcnəbi işçi kvotasını təsdiqləyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı miqrantlara da şamil olunacaq yeni qaydalara əsasən, 2020-ci ildə sərnişindaşıma və yükdaşıma nəqliyyatında xarici işçilərin sayı 26%-dən artıq olmamalıdır.

 

İdman sahəsində bu göstərici 25%, meyvə-tərəvəz satışında isə 50%-i keçə bilməz. 2019-cu ildə olduğu kimi, gələn il də tikinti sektorunda 80%-ə qədər contingent əcnəbi ola bilər.   

 

Xatırladaq ki, Rusiya tərəfi ölkə ərazisində 600 minə yaxın Azərbaycan vətəndaşının əmək fəaliyyəti ilə məşğul olduğunu yazır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır