Modern.az

"Mənim sevimli Nissanım" fotomüsabiqəsinin qalibləri bəlli olub - SİYAHI

"Mənim sevimli Nissanım" fotomüsabiqəsinin qalibləri bəlli olub - SİYAHI

22 Fevral 2012, 17:46


"Nissan Azərbaycan" Şirkətinin mütəmadi olaraq keçirdiyi maraqlı tədbirlərdən biri də artıq bir neçə aydır ki, şirkətin rəsmi facebook səhifəsində (www.facebook.com/NissanAzerbaijan) start verilən "Mənim Sevimli Nissanım" fotomüsabiqəsi oldu. Müsabiqə boyu müxtəlif peşəkar və həvəskar fotoşəkillər göndərən internet istifadəçiləri bu yarışmada çox fəal iştirak etdilər. Müsabiqənin məqsədi də məhz ölkəmizin gənc istedadlarını müəyyən etmək, onlara müəyyən dərəcədə sevdikləri peşədə dəstək olmaq idi.

"Mənim Sevimli Nissanım" fotomüsabiqəsinin nəticələri 21.02.2012-ci il tarixində açıqlandı. Yarışmanın peşəkar tərəfdaşı Azərbaycan Fotoqraflar Birliyinin səsverməsi ilə birinci, ikinci, üçüncü və dördüncü yerlərin sahibləri müəyyən edildi, 5-ci və 6-cı yerləri tutan iştirakçılar isə "Nissan Favoriti" nominasiyasına layiq görüldü:

1. Birinci yerin sahibi - Samir Verdiyev
2. İkinici yerin sahibi - Elvin Abışov
3. Üçüncü yerin sahibi - Əhməd Muxtarov
4. Dördüncü yerin sahibi - Sənubər Səfərova
5. Nissan favoriti - Anar Mirzəyev
6. Nissan favoriti - Elşən Hacıyev

Bütün nominantlara qiymətli hədiyyələr olmaqla, ilk yerin sahibinə peşəkar fotoapparat, digərlərinə isə mobil telefon, netbook və müxtəlif hədiyyələr təqdim olundu.
"Nissan Azərbaycan" bundan sonra da innovativ tədbirləri ilə hər birinizi sevindirməyə davam edəcəkdir.

"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir