Modern.az

Kürdlər Suriyanın şimalında neft quyularına od vurdular

Kürdlər Suriyanın şimalında neft quyularına od vurdular

10 Oktyabr 2019, 00:58

Suriya Demokratik Qüvvələrinin kürd birləşmələri Suriyanın şimal-şərqindəki Əl-Hasaka kəndində yerləşən neft quyularını yandırıblar.

Modern.az  xəbər verir ki, bu barədə SANA xəbər yayıb.

Məlumata görə, kürdlər Türkiyənin Suriya ilə sərhədindəki Ras əl-Ayn şəhərində təkərlərə od vurublar.

Yaraqlı birləşmələrin qərargahı məhz bu şəhərdə yerləşir və orada silahlı dəstələrə aid sənədlər məhv edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı