Modern.az

Türk Ordusu terrorçuların 181 sığınacağını məhv edib

Türk Ordusu terrorçuların 181 sığınacağını məhv edib

Dünya

10 Oktyabr 2019, 08:04

Türkiyə Silahlı Qüvvələri tərəfindən oktyabrın 9-da yerli vaxtla saat 16.00-da Suriya ərazisində başladılan “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı nəticəndə Suriyanın Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən hücum olub.

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bölgədəki PKK/YPG terror təşkilatlarına aid sığınacaqlar hədəfə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq 181 hədəf hərbi təyyarə və top atışı ilə vurulub.

Türkiyənin sərhəddə bəzi ərazilərdə əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Başladılan əməliyyat əsnasında bölgədəki bələdiyyə binalarına aid səs gücləndiricilərdə Mehtər Marşı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsindən “Dua” adlı şeir səsləndirilib.

Türk Silahlı Qüvvələri tərəfindən başladılan əməliyyatda ən son model hərbi texnikadan istifadə olunur.

“Seyit onbaşı” adlandırılan “Poyraz” ötürmə sistemi və “KİRPİ-2” zirehli maşınları vasitəsilə çatışma bölgəsinə sürətli silah-sursat ötürülür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir