Modern.az

ABŞ Ərdoğana və ətrafına sanksiya tətbiq edə bilər

ABŞ Ərdoğana və ətrafına sanksiya tətbiq edə bilər

10 Oktyabr 2019, 12:37

ABŞ Senatı Türkiyəyə qarşı sərt sanksiya paketini müzakirə edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada “Sülh çeşməsi” əməliyyatı keçirən rəsmi Ankara  qoşunlarını 90 gün ərzində bölgədən çıxarmazsa, ona qarşı bir sıra sanksiyalar qüvvəyə minəcək.

 

Respublikaçı senator Lindsi Qrem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiya paketində prezident Rəcəb Tayyip Ərdoğan, vitse-prezident Fuad Oktay və bir sıra nazirlərə qarşı sanksiyalar nəzərdə tutulur.

 

Müəlliflər əməliyyatların davam edəcəyi halda, Ankaraya zirehli texnika, təyyarə, nəqliyyat və kəşfiyyat informasiyalarının ötürülməsinin qadağan olunmasını təklif edir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir