Modern.az

İranlı tələbələr Azərbaycan Tibb Universitetindən qovulublar

İranlı tələbələr Azərbaycan Tibb Universitetindən qovulublar

25 Dekabr 2009, 16:28

Bu il İran vətəndaşları olan xeyli tələbə Azərbaycan Tibb Universitetindən kənarlaşdırılıb. Bu barədə Modern.az-a Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru, deputat Rafiq Məmmədhəsənov məlumat verib. R.Məmmədhəsənov bildirib ki, İran vətəndaşları olan tələbələrin ATU-dan kənarlaşdırılmasına səbəb onların buraxdıqları dərslərin sayının həddindən çox olması ilə bağlıdır: “Onlar öz ölkələrinə gedir, sonra viza və s. kimi problemlərə görə gəlib çıxmırlar”. R.Məmmədhəsənov deyib ki, təhsildən uzaqlaşdırılan iranlı tələbələr növbəti ildə yaxşı xarakteristika gətirsə, məsələ müzakirə oluna və onlar universitetə bərpa oluna bilərlər. O, ATU-dan qovulan tələbələr arasında Azərbaycan vətəndaşları olan gənclərin də olduğunu deyib: “Qaydalara görə, bizim ali məktəbdə 70 saatdan artıq dərs buraxan tələbə xaric edilir”.  R.Məmmədhəsənov bu il təhsildən qovulan tələbələrin dəqiq statistikasını deyə bilməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi