Modern.az

Ali məktəblərə hazırlaşanlara yeni xəbər

Ali məktəblərə hazırlaşanlara yeni xəbər

Aktual

23 Fevral 2012, 13:14


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytına 2011-2012-ci tədris ilində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanlarının vaxtını açıqlayıb. O, bildirib ki, ilk sınaq imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanları iyun ayına kimi davam edəcək.

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlər üçün sınaq imtahanları hər zaman olduğu kimi bu ildə respublikanın əksər bölgələrində keçiriləcək. Ümumiyyətlə imtahanların apreldən iyun ayına kimi keçrilməsi nəzərdə tutulub” - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb. O, qeyd edib ki, sınaq imtahanları bazar günləri keçiriləcək. Tezliklə imtahanların günləri də elan olunacaq.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar