Modern.az

Siyahıyaalınma başa çatdı, amma bir çox qapılar döyülmədi - DSK aydınlıq gətirdi

Siyahıyaalınma başa çatdı, amma bir çox qapılar döyülmədi - DSK aydınlıq gətirdi

Ölkə

11 Oktyabr 2019, 11:29

Azərbaycanda oktyabrın 1-də başlayan əhalinin siyahıyaalınması prosesi dünəndən başa çatıb. Lakin sosial şəbəkələrdə yazılan postların əksəriyyətində bildirilir ki, siyahıyaalma komissiyası onların qapılarını döyüb siyahıya almayıblar.  

 

Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev Modern.az-a qeyd etdiyimiz məsələylə bağlı məlumat verib:

 

“Bildiyiniz kimi, artıq ötən gün 1-10 oktyabr tarixlərində ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması başa çatıb. Yerlərdən bizə verilən məlumatlara görə, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edib. Lakin sosial şəbəkələrdə yazılanlara gəlincə, dünya təcrübəsində olduğu kimi, ölkəmizdə də bəzi hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Belə olan halda sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilib və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib. Məktubun yerləşdirilməsində məqsəd ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib.

 

Qeyd edim ki, bir sıra hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmayıb, evdə olmalarına baxmayaraq qapı açmayıb. Əhalinin siyahıyaalınması ilə bağlı qaynar xətt yaradılıb. Lakin 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcəkdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi