Modern.az

Bu il Azərbaycandakı yol qəzalarında ölənlər “rekord vurub”

Bu il Azərbaycandakı yol qəzalarında ölənlər “rekord vurub”

11 Oktyabr 2019, 12:36

“2019-cu ilin 9 ayı ərzində 1274 yol qəzası olub”.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

 

R.Quliyev bildirib ki, yol nəqliyyat hadisələri zamanı dünyasını dəyişənlərin sayı  557 nəfər, xəsarət alanların sayı isə 1178 nəfər olub.

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 nəqliyyat hadisəsi olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir