Modern.az

Ukraynalıların 70%-i Zelenskiyə etibar edir

Ukraynalıların 70%-i Zelenskiyə etibar edir

11 Oktyabr 2019, 17:21

Ukraynada əhalinin 70,5%-i prezident Vladimir Zelenskiyə inanır.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Razumkov Mərkəzi məlumat verib.

Ən inanılan şəxslər arasında ikinci yerdə Ali Rada sədri Dmitri Razumkov (54%), daha sonra isə baş nazir Aleksey Qonçaruk (36%) yer alıb.

 

Vətəndaşların ən az güvəndiyi siyasətçilər araslında isə ölkənin eks-prokuroru Yuri Lutsenko (88%), parlamentin keçmiş sədri Andrey Parubiy (83%), eks-prezident Pyotr Poroşenko (80%) və s. daxildir.

 

4-9 oktybar tarixlərində baş tutan sorğuda 2000-dən çox insan iştirak edib.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir