Modern.az

Putin:“Şübhə edirəm ki, Türkiyə...”  

Putin:“Şübhə edirəm ki, Türkiyə...”  

Dünya

11 Oktyabr 2019, 17:33

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriyada keçirdiyi əməliyyata görə narahatlıq ifadə edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun fikrincə, YPG qruplaşmasının girov saxladığı yüzlərlə İŞİD döyüşçüsü həbsxanadan qaça bilər.

“Suriyanın şimalında İŞİD döyüşçüləri cəmlənib. İndi türk ordusu həmin ərazilərə girir, kürdlər isə düşərgələri qoyub qaçırlar. İŞİD məhbusları isə həbsxanadan qaça bilər. Şübhə edirəm ki, Türkiyə qısa müddətdə həbs düşərgələrində nəzarəti əlinə alsın. Bizim məlumatımıza görə orda minə qədər döyüşçsü var”.

 

Xatırladaq ki, türk ordusunun oktyabrın 9-dan başladığı “Sülh mənbəyi” əməliyyatı zamanı 3 şəhid verib. Suriyanın Tel-Rıfak şəhəri yaxınlığında mərmi düşməsi nəticəsində türk ordusunun Abdulhamit Bilgen və Yunus Mermer adlı 2 hərbçiasi şəhid olub. Bununla da, ümumi itkilər 3-ə çatıb

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!