Modern.az

Tramp Türkiyəyə qarşı yeni güclü sanksiyalar barədə təlimat verib

Tramp Türkiyəyə qarşı yeni güclü sanksiyalar barədə təlimat verib

11 Oktyabr 2019, 22:36

ABŞ prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.

"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə Mnuçin qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu