Modern.az

Ankaradan ABŞ-a xəbərdarlıq: “Türkiyə əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atılacaq”

Ankaradan ABŞ-a xəbərdarlıq: “Türkiyə əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atılacaq”

Dünya

12 Oktyabr 2019, 09:31

“ABŞ Maliyyə Nazirliyi bu gün ölkəmizin “Sülh çeşməsi” hərbi əməliyyatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq olunacağını açıqlayıb”.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Nazirlyinin sözcüsü Hami Aksoy bildirib.

XİN sözçüsü deyib ki, “Sülh çeşməsi” hərbi əməliyyatı başlamazdan öncə rəsmi ABŞ-a və beynəlxalq ictimaiyyətə məlumat verilib:

“Türkiyə milli təhlükəsizliyinə problem yaradan terror təşkilatları ilə mübarizədədir. Şübhəsiz ki, Türkiyə əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atılacaq”.(APA)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?