Modern.az

Pakistandan Türkiyəyə dəstək: “Uğurlu olmasını diləyirik”

Pakistandan Türkiyəyə dəstək: “Uğurlu olmasını diləyirik”

Dünya

12 Oktyabr 2019, 09:59

Pakistanın baş naziri İmran Xan Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” anti-terror əməliyyatını dəstəklədiyini bildirib.

 

Modern.az xəbər verir ki, Pakistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona dəstəyini ifadə edib.

 

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, - deyə məlumatda bildirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir