Modern.az

Qubada “Alma bayramı” keçirilir - FOTOSESSİYA 

Qubada “Alma bayramı” keçirilir - FOTOSESSİYA 

Reportaj

12 Oktyabr 2019, 14:18

Bu gün Qubada “VI Alma bayramı” keçirilib.

 

Modern.az xəbər verir ki, 2012-ci ildən keçirilən “Alma bayramı”nın rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı, Quba rayonunun tarixinin və mədəniyyətinin təbliği, burada yaşayan azsaylı xalqların mədəniyyətlərinin geniş təbliğ olunması nəzərdə tutulub.

 

"Alma Bayramı" nda çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, ölkə rəhbərliyinin tövsiyəsi və Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2012-ci ildən etibarən hər il oktyabrın 12-də Qubada “Alma Bayramı” keçirilir:

 

"Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilməkdədir. “Alma Bayramı”nın keçirilməsində də məqsəd rayon iqtisadiyyatının əsasını təşkil edən meyvəçiliyin, xüsusilə də məşhur Quba almasının daha geniş miqyasda təbliğ olunması ilə yanaşı, Qubanın zəngin və qədim tarixini, gözəl adət-ənənələrini, mətbəxini, müxtəlif sənətkarlıq sahələrini, iqtisadi və turizm potensialını, mədəniyyətini, incəsənətini, rayonumuzda mövcud olan multikultural və tolerant dəyərləri daha yüksək səviyyədə nümayiş etdirməkdən ibarətdir".

 

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Qubanın simvolu almadır:

 

"MDB məkanında Almanın vətəni Quba qəbul olunur. Hər il 120 min tona yaxın alma istehsal olunur. Quba alması həm yerli bazarlarda, həm də ölkə xaricində satılır. Azərbaycanın hər yerində olduğu kimi Qubada da kənd təsərrüfatı ilə bağlı çox işlər həyata keçirilib”.

Daha sonra tədbir iştirakçıları stendlərə baxış keçirib.

Qeyd edək ki, "Alma bayramı" Dövlət Turizm Agentliyinin dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılğı keçirilir.

"Alma bayramı”ndan fotoları təqdim edirik:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir