Modern.az

Xocalı abidəsi 26 fevral gününə hazlırlanır – FOTOLAR

Xocalı abidəsi 26 fevral gününə hazlırlanır –  FOTOLAR

23 Fevral 2012, 17:41

İki gündən sonra XX əsrin ən qanlı cinayəti olan Xocalı soyqırımının 20-ci ildönümü anılacaq. Rəsmi tədbirlər planına əsasən, fevralın 26-da Bakının Xətai rayonu ərazisindəki Xocalı soyqırımında qətlə yetirilmiş insanların xatirəsinə ucaldılmış Ana və Uşaq Monumenti ətrafında anım mərasimi olacaq.

Modern.az saytı xəbər verir ki,  Xocalı faciəsinin ildönümü ilə əlaqədər Xətai rayonu ərazisində yerləşən abidə ətrafında ciddi hazırlıq işləri görülür. Abidənin ətrafına xaricdən gətirilmiş dekarativ gül-çiçək əkilib. Kommunal xidmət işçiləri monumentin ətrafında təmizlik işləri aparırlar. Bundan başqa, yaxınlıqda təmir olunan bina üçün çəkilmiş hasara faciənin dəhşətini əks etdirən fotoşəkillər vurulub.

Polis əməkdaşları isə abidə ətrafında keşik çəkirlər. Onlar Modern.az-ın əməkdaşına ərazidə şəkil çəkməyə icazə vermək istəməsələr də, müxbirimiz öz işini görə bilib.

 

 

 

 

 

 

 

 


Anar Kəlbiyev 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı