Modern.az

Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO  

Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO  

13 Oktyabr 2019, 17:22

Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsindəki 8 saylı binada qeydə alınıb.

 

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Yanğın zamanı iki azyaşlı uşaq xilas edilib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub.

 

İlkin məlumatlara görə, yanğın elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır