Modern.az

Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib

Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib

13 Oktyabr 2019, 19:31

Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində apardığı “Barış pınarı” adlı antiterror əməliyyatı zamanı Suriyanın 2 rayon mərkəzi, 1 qəsəbə və 56 kəndi terrorçulardan azad edilib.

Əməliyyat çərçivəsində bu gün Suriyanın strateji Tel Abyad şəhəri də YPG/PKK terrorçularından təmizlənib.

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, antiterror əməliyyatının başladığı 9 oktyabrdan indiyədək Türkiyənin Şanlıurfa, Mardin, Şırnak, Gaziantep şəhərlərindəki yaşayış ərazilərinə ümumilikdə 652 top mərmisi və raket atılıb. Atılan bu partlayıcı maddələrin təxminən yarısı Mardinin Nusaybin və Kızıltepe rayonlarına düşüb. Nəticədə uşaqlar da daxil olmaqla 18 vətəndaş həlak olub, 147 nəfər yaralanıb.

Əməliyyatlar zamanı Türk Silahlı Qüvvələri və Suriya Milli Ordusunun ümumilikdə 18 əsgəri şəhid olub. Davam edən əməliyyat zamanı indiyədək 490 terrorçu zərirsizləşdirilib. Onlardan 440-ı ölüb, 26-sı isə yaralı olaraq ələ keçirilib. 24 terrorçu təslim olub.

Sosial mediada əməliyyat barədə səhv məlumat yayan və terror təşkilatlarının təbliğatı ilə məşğul olan 129 nəfərin saxlanıldığı, 589 nəfər haqqında lazımi tədbirlərin görüldüyü bildirilir

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir