Modern.az

ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb

ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb

13 Oktyabr 2019, 20:47

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

Modern.az  xəbər verir ki, bu barədə mediaya ABŞ Müdafiə naziri Mark Esper açıqlama verib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət min ABŞ hərbçisindən gedir.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü