Modern.az

Vasim Məmmədəliyev vəfat edib

Vasim Məmmədəliyev vəfat edib

Allah rəhmət eləsi̇n

13 Oktyabr 2019, 22:56

Azərbaycan elminə böyük itki üz verib.

Modern.az xəbər verir ki, şərqşünas alim, böyük ziyalı, "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev haqqın dərgahına qovuşub.

Akademik son günlər xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasinin akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri idi. 

 

Allah rəhmət eləsin.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi