Modern.az

Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ

Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ

Aktual

13 Oktyabr 2019, 23:50

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür