Modern.az

Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır

Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır

14 Oktyabr 2019, 09:05

Bu gün Bakıda Türk Şurasının 7-ci sammiti keçiriləcək.

 

Modern.az xəbər verir ki, sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olan ölkələrin rəhbərləri iştirak edəcək.

Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 


Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü