Modern.az

Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb”

Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb”

Aktual

14 Oktyabr 2019, 10:22

"Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb".

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial mudafiəsi naziri Sahil Babayev MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhəlinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXll iclasında bildirib.

Nazir qeyd edib ki, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir bildirib ki, görülən tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb".

S.Babayev ötən müddətdə MDB Məşvərət Şurası çərçivəsində çox işlər görüldüyünü deyib. O bildirib ki, bununla belə, sazişlərin əksəriyyətinin qəbulundan xeyli müddət keçib, xarici şərtlər, sosial-iqtisadi vəziyyət və ən əsası MDB dövlətlərinin hər birinin normativ bazası dəyişib. Buna görə də, ödəniş və əməyin mühafizəsi, işçi qüvvəsinin yerdəyişməsi və keyfiyyətinin artırılması, inklüziv məşğulluq, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, digər müvafiq mövzularda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərini nəzərdən keçirmək lazımdır.

Nazir bu görüşün MDB ölkələrinin sosial rifahının artması naminə Məşvərət Şurasının inkişafına yeni təkan verəcəynə əminliyini bildirib. İclasın açılışında həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının Əmək və Sosial Müdafiəsi nazirinin birinci müavini Loboviç Andrey Valentinoviç çıxış ediblər.

 İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü