Modern.az

Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb

Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb

14 Oktyabr 2019, 12:47

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyanın Mənbic şəhərini ələ keçirəmk istəmədiklərini bildirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə lideri amerikalıların vədlərinə baxmayaraq, kürdlərin Mənbici tərk etmədiklərini də xatırladıb.

“Türkiyə Mənbicə girməyəcək. Ora regionun əsl sahibi olan ərəblər daxil olacaq”-deyə Ərdoğan əlavə edib.

 

O həmçinin, Rusiya ilə hərbi və diplomatik səviyyədə razılıqlarının olduğunu bildirib.

“Düşünürəm ki, problem olmayacaq. Rusiya ilə hərbi, diplomatik səviyyələrdə danışıqlar aparırıq”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir