Modern.az

Türk qırıcısı İraqın şimalında 2 terrorçunu məhv etdi

Türk qırıcısı İraqın şimalında 2 terrorçunu məhv etdi

15 Oktyabr 2019, 15:31

İraqın şimalında PKK terror təşkilatının üzvü olan 2 terrorçu məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. 

 

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının koordinasiyalı əməkdaşlığı nəticəsində İraqın şimalındakı Gara bölgəsində təsbit edilən 2 PKK-lı terrorçu hava hücumu zamanı zərərsizləşdirilib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir