Modern.az

“İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ

“İŞİD dirçəlir” - Avropalı siyasətçilərdən həyəcan dolu ÇAĞIRIŞ

16 Oktyabr 2019, 14:11

Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” hərbi əməliyyatı fonunda  "İslam dövləti" (İŞİD) terror qruplaşmasının aktivləşdiyi xəbər verilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kürdlərə bağlı xəbər agentlikləri ilə yanaşı, avropalı siyasətçilər də açıqlama veriblər.

 

İŞİD döyüşçüləri Suriya ordusunun Mənbicə doğru irəliləməsinin qarşısı almaq üçün hücumlarını artırıblar.

Fransanın baş naziri Eduar Filip Ankaranın hərbi əməliyyatlarının İŞİD-ə dəstək verməsindən narahatdır. Onun fikrincə, İŞİD-lə 5 illik mübarizənin nəticələri sual altındadır.

 

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab isə “Sülh çeşməsi” əməliyyatını “dəlisov” və “məntiqsiz” əməliyyat adlandıraraq, İŞİD üzvlərinin Suriyanın şimal və şimal-şərq regionlarında aktivləşəcəyindən yazır.

Oktybarın 14-də ABŞ-ın xüsusi ilə təhlükəli hesab etdiyi 50 İŞİD terrorçusu saxlanıldıqları düşərgədən qaça bilmişdilər. Ümumilikdə, kürdlərin nəzarət etdiyi Suriya torplaqlarında 12 minə qədər İŞİD fəalı və onların ailə üzvləri var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər