Modern.az

MİDA 570 mənzili 1 dəqiqədə satdı - YENİLƏNİB

MİDA 570 mənzili 1 dəqiqədə satdı - YENİLƏNİB

İqtisadiyyat

16 Oktyabr 2019, 15:11

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində daha 570 mənzilin güzəştli satışını həyata keçirib.

Modern.az-ın məlumatına görə, bu barədə şərh verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bütün mənzillərin satışna cəmi 1 dəqiqə vaxt sərf olunduğunu deyib:

“MİDA -nın budəfəki onlayn mənzil satışında ilk mənzil seçimi təxminən 12 saniyə çəkdi.

Ötən onlayn satışlarda adətən ilk seçimə 6-7 saniyə sərf olunurdu.
Bu gün, ilk dəfə olaraq tətbiq olunan CAPTCHA texnologiyasına əsasən,  iddiaçılar seçim prosesində əlavə olaraq 12 simvolu da sistemə daxil etməliydilər. MİDA bunu robot-seçimlərə qarşı tətbiq edib.
Qərargah üzvləri sistemin normal çalışdığını, kənar müdaxilənin olmadığını bildiriblər”.

Onun sözlərinə görə, 570 mənzilin onlayn satışı təxminən 1 dəqiqə ətrafında başa çatıb. Onlayn satış prosesinə təxminən 3800 iştirakçı qatılıb.

 

Mənzil İnşaatı Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 16.10.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Rəsmi məlumatda bildirilib ki, “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12724 nəfərdir:

“Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır