Modern.az

9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib

9 ayda 6350 nəfərə reabilitasiya xidmətləri göstərilib

Aktual

16 Oktyabr 2019, 15:14

2019-cu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 6350 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. 

 

Modern.az xəbər verir ki, onlardan 4749-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər.Bu kateqoriyadan olan şəxslərin sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb. 

 

 

Cari ilin yanvar-sentyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 6336 əlilliyi olan şəxsə 20 minədək reabilitasiya vasitəsi, o cümlədən 809 əlil arabası verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı