Modern.az

Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün keçiriləcəyi yer AÇIQLANDI

Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün keçiriləcəyi yer AÇIQLANDI

16 Oktyabr 2019, 16:09

Regiona səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal altındakı Dağlıq Qarabağda olublar.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rusiyalı həmsədr İqor Popov yerli jurnalistlərə danışıqlar prosesi ilə bağlı maraqlı açıqlamalar verib.

O, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdə  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşünün, həmçinin, prezidentlər İlham Əliyevlə Nikol Paşinyan arasında Vyna və Moskvada aparılmış danışıqların detallarını bölüşüb.

 

İqor Popov Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb, həmçinin, jurnalistlərin qarşılıqlı səfər  etməli olduqlarını söyləyib.


“Hazırda söhbət jurnalistlərin qarşılıqlı səfərlərindən, həmçinin, Qarabağ və Azərbaycanda saxlanılan əsir və girovların şəraitinin yaxşılaşmasından gedir. Müəyyən ideyalar var və iş davam etdirilir”.

 

İqor Popov tərəflərin razı olacağı təqdirdə xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüşün Slovakiya paytaxtı Bratislavada keçiriləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü