Modern.az

Ərdoğandan sərt QƏRAR: "ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm"

Ərdoğandan sərt QƏRAR:

Aktual

16 Oktyabr 2019, 16:20

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".

 

Modern.az “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

 

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb. 

 

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü