Modern.az

Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə \"Tramp gəlsin\" deyir

Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə \

16 Oktyabr 2019, 19:15

“Bizim məqsədimiz Türkiyə ilə münasibətləri pozmaq deyil”.

 

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərindən öncə “Fox News” telekanalına müsahibəsində deyib.

 

O bildirib ki, əsl məqsəd Suriya münaqişəsinin həlli yollarını tapmaqdır: “Türkiyə NATO-nun üzvüdür. Bizim təhlükəsizlik sahəsində ümumi maraqlarımız var”.

 

Danışıqlar aparmaq üçün ABŞ-ın vitse-prezidenti Mayk Penslə birgə Türkiyəyə gedəcəyini xatırladan M. Pompeo qeyd edib ki, səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyinə ümid edir.

 

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp danışıqların yüksək səviyyədə aparılmasını vacib hesab edir.

 

Qeyd edək ki, Modern.az-ın məlumatına görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında “Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm” - deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir