Modern.az

Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var

Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var

16 Oktyabr 2019, 19:33

Yevlax rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzində 2 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" və OKA markalı iki minik avtomobili toqquşub. OKA-da olan sərnişin, 2001-ci il təvəllüdlü Ramin Rəsulzadə xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi