Modern.az

Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO

Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi:

Aktual

16 Oktyabr 2019, 19:59

Xəbər verdiyimiz kimi, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. O, yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq etməkdə günahlandırılır.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur açıqlama yayaraq ərindən şikayətçi olmadığını bildirib.

 

O, bununla bağlı Baş Prokuror Zakir Qaralova ərizə ilə müraciət edib. Zümrüd Yağmur ərizəni sosial şəbəkə hesabında paylaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır