Modern.az

Tovuzda ağır yol qəzası: yaralılar var

Tovuzda ağır yol qəzası: yaralılar var

16 Oktyabr 2019, 21:13

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar.

Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir