Modern.az

Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi

Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi

Aktual

16 Oktyabr 2019, 21:24

Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı maarfləndirilib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən Zəngilan rayon  33 saylı tam orta məktəbində keçirilən tədbirə  məktəb kollektivi, yuxarı sinif şagirdləri və onların  valideyinləri  qatılıb.

Tədbir  iştirakçılarına ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Sevinc Məmmədova məişət zorakılığının mənfi fəsadları ilə bağlı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılara həm də psixoloq Nailə Qasımova tərəfindən psixoloji məsləhətlər verilib.

Tədbirin sonunda təlim iştirakçılarına məlumatlandırıcı bukletlər təqdim edilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, "Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək"  adlı layihə  Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı