Modern.az

Bakıda qardaş qardaşını bıçaqladı

Bakıda qardaş qardaşını bıçaqladı

16 Oktyabr 2019, 23:42

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.
Nəticədə o, 3 bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü