Modern.az

\"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir\" - Tramp

\

17 Oktyabr 2019, 00:18

"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir. Bir çox münasibətlərdə PKK ehtimal ki, İŞİD-dən daha pisdir, terrorizm və terror təhlükəsi nöqteyi-nəzərindən daha pisdir".

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri  ABŞ prezidenti Donald Tramp italiyalı həmkarı Serjo Matarello ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

ABŞ prezidenti bildirib ki, Türkiyə və Suriya arasında müharibəyə qarışmağa hazırlaşmır: "Xüsusilə əgər siz kürdlərə baxsanız, onlar mələk deyillər. PKK-ya baxın, İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir, amma biz kürdlərdən mələk düzəldirik".

Amerika liderinin sözlərinə görə, ABŞ administrasiyası " YPG/PKK-ya "külli miqdarda pul" ayırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir