Modern.az

İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA

İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA

17 Oktyabr 2019, 10:21

“Səhhətim də qaydasına düşdüyündən sözsüz olaraq, Azərbaycan Xalq Hərəkatında işlərimizə davam edəcəyik”.

 

Bunu Modern.az-a açıqlamasında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının rəhbəri İsgəndər Həmidov söyləyib. O, özünü yaxşı hiss etdiyini vurğulayıb:

 

“Rayonlarda iclaslar keçirilib, qurultay nümayəndələri seçilir. Bu işlər tamamlananda qurultayımız baş tutacaq. Gələn ayın ortalarına düşünmüşük. Hələ dəqiq vaxtını həll etməmişik”.

 

İsgəndər Həmidov səhhətilə bağlı da danışıb:

 

“Mən Türkiyədə iki əməliyyat keçirdim. Üçüncü əməliyyatım isə qalıb. Onu yazda- mart, ya aprel ayında həyata keçirəcəyik. Orqanizmim zəiflədiyinə görə, həkimlər dedi ki, üçüncü əməliyyata bədən dözməz. Amma əvvəlkinə baxanda özümü çox yaxşı hiss edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı