Modern.az

Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: \"Belə planımız yoxdur\"

Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: \

17 Oktyabr 2019, 10:39

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 

 

Artıq bu il Müstəqilliymizin 28-ci il dönümüdür. Azərbaycan xalqı hər il Müstəqillik gününü qeyd edir. Bu il də Müstəqillik Günü ilə əlaqədar hər hansı tədbir keçiriləcəkmi?

 

Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsindən Modern.az-a bildirilib ki, bununla bağlı hər hansı plan yoxdur.

 

“Bizim hazırda Müstəqillik Günü ilə əlaqədar tədbir planımız yoxdur. Lakin dünən Yeni Azərbaycan Partiyası böyük bir tədbir hazırlamışdı və biz də orda iştirak etdik”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər