Modern.az

Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb”

Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb”

Aktual

17 Oktyabr 2019, 11:31

"Biz ümumi təhsil sahasində təmayülləşmənin müsbət nəticələrini hiss etdik. Ötən il 47 min şagird 10-11 -ci sinifdən təmayülləşməyə cəlb olunub". 

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-da keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, 2019-2020 -ci tədris ilindən başlayaraq yalnız akademik deyil, digər təmayülləşmə qrupları da bura daxil edilib:

 

"Bu şəbəkənin genişlənməsi ilə bağlı nazirlik hazırlıq işlərinə başlayıb. 33 mindən çox şagird ötənil fənn olimipiyadalarına qatılıb. Ötən il şagirdlərimiz dünya fənn olimpiadalarında 1 qızıl, 17 gümüş və 22 bürünc medal əldə edib. Çalışırıq ki, göstəricilərimiz 100 faiz olsun". 

Nazir deyib ki, bu il Azərbaycan təhsilində ilkə də imza atılıb:  

"STEAM layihəsi (?) də bu il tətbiq edildi. İlk olaraq 42 məktəbdə 6000 min şagird bu layihələrə cəlb olunub. Özü də iki istiqmətdə. Növbəti mərhələdə daha 3 modl istiqamət üzrə 20 min şagird bu layihəyə cəlb ediləcək".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi